Almaniyanın Azərbaycana qarşı apardığı çirkin kampaniyanın ŞOK TƏFƏRRÜATLARIbackend

Almaniyanın Azərbaycana qarşı apardığı çirkin kampaniyanın ŞOK TƏFƏRRÜATLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fadil PAŞAYEV
Fadil PAŞAYEV

Azərbaycana qarşı yeni hücum başlayıb. Bu, çox təhlükəli bir kursdan xəbər verir. Söhbət Avropanın ən güclü dövlətlərindən biri olan, NATO üzvü Almaniyanın ölkəmizə qarşı genişmiqyaslı qara kampaniyasından gedir. Tarixdə I və II dünya müharibəsinin əsas baiskarlarından olan, irqçiliyin ideoloji mərkəzi sayılan, islamafobiyanın tüğyan etdiyi Almaniyada Azərbaycana qarşı yeni hücum dalğasının əslində görünməyən tərəfləri var. Çünki hər şey özbaşına baş vermir. Necə deyərlər, “alman maşını”nı hərəkətə gətirən qüvvə meydan sulayır. Odur ki, maşının sükanı arxasında almanın olması sizin diqqətinizi yayındırmasın.

I YAZI

Əvvəl ondan başlayaq ki, Qərb dövlətləri içərisində iqtisadi gücünə görə əsaslı mövqeyə malik Almaniya niyə bütün kanallarla Azərbaycanı hədəf seçdi? Ölkənin tanınmış telekanalları və nəşrlərində ölkəmiz haqqında çirkin kampaniya niyə bu qədər geniş vüsət aldı? Suallar çoxdur. Cavablar isə fikirləşdiyimiz qədər sadə və bəsit deyil. Bunun üçün bir sıra ölkələrin xarici kəşfiyyat orqanlarının Almaniya haqqında hesabatları, alman mediası və cəmiyyətini əla tanıyan şəxslərin açıqlamaları, xarici faktorlar, dünyada baş verən proseslər və digər amillər var.

Məlum olduğu kimi, Azərbaycan XXI əsrdə misli görünməmiş, “ulduz müharibəsi” kimi adlandırılan 44 günlük hərbi əməliyyatlar zamanı öz ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyevin dediyi kimi, regionda böyük siyasi, iqtisadi dəyişikliklər baş verməkdədir. Əlbəttə, Cənubi Qafqazda sürətlə baş verən proseslər tam mənası ilə regional güc olan Rusiya və qonşu İranın ürəyincə deyil.

Üstəlik, Azərbaycanın iqtisadi gücünün artmasına səbəb olan TAP və TANAP layihələrinin gerçəkləşməsi “Şimal ayısı”nın yuxusuna haram qatıb.

Yeri gəlmişkən qeyd edək ki, TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşməklə Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək təbii qazı Cənubi İtaliyaya nəql etməlidir. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsində strateji əhəmiyyət daşıyır. Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazı Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaq. Bütün bunlar isə əlbəttə ki, Rusiyanı narahat etməyə bilməz.

Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi və hərbi uğurun qarşısını almaq, ölkəmizlə münasibətləri korlamamaqla regionda daha da güclənmək, bununla da Türkiyə ilə getdikcə dərinləşən əlaqələrin dinamikliyini azaltmaq üçün Rusiya ənənəvi üsul seçib. Belə ki, “alman maşını”nı işə salmaq, Azərbaycanın dünyadakı nüfuzuna dərin çapıq atmaq üçün Rusiyanın casus şəbəkəsi işə düşüb.

Xüsusi olaraq vurğulayaq ki, rus təbliğatçıları və təsir agentləri yalnız Almaniyada sərbəst işləməklə kifayətlənmirlər, hətta alman mediasında xüsusu tonu da müəyyənləşdirə bilirlər. Artıq Qərbdə və ABŞ-da bütün beyin mərkəzləri və kəşfiyyat orqanları rus casus şəbəkəsinin əsas məqsədinə uğurlu ad da qoyub:“Putinin gizli müharibəsi”.

Кто такой Александр Дугин | Бакинская конференция » Новости, Аналитика и Репортажи | Сервер Новостей
Almanların “Duqini yaxşı tanıyırıq. O, rus “vodka”sını alman pivəsi ilə qarışdırıb içə bilir” ifadəsi əslində hansısa kodların açar sözləridir.

 

Kreml indi Qərbi Almaniyada Stazi tərəfindən yaradılan köhnə kəşfiyyat şəbəkəsindən fəal şəkildə istifadə edir.

HAŞİYƏ: ŞTAZİ Sosialist Almaniyanın (Almaniya Demokratik Respublikası) kəşfiyyat qurumu kimi tanınıb: Ştaziyə məxsus arxiv sənədlərində qeyd olunur ki, 1984-cü ildən 90-cı illərə qədər “KQB”nin xüsusi nəzarəti ilə Almaniyanın ən tanınmış simaları ADR Dövlət Təhlükəsizlik Nazirliyinin casus şəbəkəsinə cəlb edilmişdi. “Azad Alman Gəncliyi” adlı sovet-alman qurumunda çalışan xeyli gənc alman bu gün Almaniyada mühüm postlar tutur. Bu barədə sonra.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, “soyuq müharibə” bitdikdən və müəyyən edilmiş vaxt  keçdikdən sonra arxivlər açılsa da, Şərqi Almaniyada yerləşən Stazi agentlərinın adları tam bəlli olmadı. Qərbi Almaniya vətəndaşları arasındakı agentlərə gəldikdə, onlar haqqında məlumatlar Rusiyaya aparıldı. Putin nədənsə hansısa dairələrə gizli və ya açıq mesaj göndərmək üçün bu barədə “etiraf”ını etmişdi. Söhbət siyasətçilər və generallar da daxil olmaqla bir neçə min nəfərdən gedirdi. Bəzi məlumatlara görə, Qərbi Almaniyanın 20 minədək sakini Stazi üçün məlumat verən kimi qeyd edilir.

Yeri gəlmişkən unutmayaq ki, Rusiya Prezidenti də vaxtilə Almaniyada işləmiş kəşfiyyatçıdır. Alman dilini səlis bilən bu kəşfiyyatçı-prezident Putindən başqa, artıq siyasətdən az-çox başı çıxan, bu sahədə müəyyən araşdırmaları olan hər kəs bilir ki, Almaniyada vəziyyət postsovet ölkələrindən və ya digər Şərqi Avropadakı dövlətlərdən daha mürəkkəbdir, bəzilərində keçmiş agentlər və KQB zabitləri üçün xüsusi prosedurlar nəzərdə tutulur.

Məsələn, Sovet İttifaqı dağıldıqdan sonra Litvada sovet xüsusi xidmət orqanlarının bir çox əməkdaşı hökumətin sirlərini qorumaq vədinə xilaf çıxaraq Rusiyaya üz tutdu. Onlar da sonradan “gizli əllə” Almaniyaya “sızdı”. Bu “Ştirlits”lər uğurla Almaniya mediasında sözün əsl mənasında “at oynadırlar”. Hazırda bu casus şəbəkəsi alman saytlarında Azərbaycana qarşı dezinformasiya və təbliğat işini “uğurla” qurmaqdadır.

Ümumiyyətlə, siyasi analitiklərin də gəldiyi yekdil qənaət budur ki, Rusiyanın heç bir Qərb ölkəsində Almaniyada olduğu kimi varlığı yoxdur. Məsələn, Alman Sol Partiyası hələ Almaniya Demokratik Respublikasında yaranmış Almaniya Sosialist Birlik Partiyasının birbaşa varisidir.

Göründüyü kimi, əslində bu təşkilatların yalnız adları dəyişib. Yenə həmin xətt, yenə həmin koordinat. Rus pullarının səpələndiyi təşkilatlarda Rusiyaya məhəbbət daha həvəslə təbliğ olunur. Təbii ki, hələ SSRİ dönəmində Moskva ilə müxtəlif dərəcədə əlaqələri olan insanların da burada az payı yoxdur. İndi də almanlar arasında valideynlərinin “Komintern” məktəbində oxuduğunu xatırlayanlar az deyil. Hansısa almanın anası Sankt-Peterburqdandır, digər alman isə rus ordusunun zabitinin qızı ilə keçirdiyi eşq macərasından həvəslə danışır, sonradan qızın caynağına necə keçdiyini, ondan yarıalman-yarırus doğulduğunu, beləliklə, dərin qohumluq bağlarından bəhs edir.

Digər ştrixlər də maraqlıdır. Hələ yenidənqurma dövründə Almaniya Sosialist Partiyasının keçmiş lideri Qorbaçova məktub göndərərək, ondan alman kanslerinə təsir göstərməsini və partiyanın gizli arxivlərini açıqlamasını xahiş edir.

Bir sözlə, Almaniyada siyasi partiyaların bəzilərinin Rusiya ilə əlaqəsi çoxdan sübut edilib və əslində “Moskvanın uzadılmış qolu” rolunu oynayır. Onlar Putinə haqq qazandırırlar, Ukraynaya qarşı ruslar üçün xorla oxuyurlar və digər məsələlərdə Kremlin gündəmini davam etdirirlər.

Moskva bu gün də Almaniyanın siyasi məkanında yeni əlaqələr qurmağı bacarır. Xüsusilə ideoloji spektrdə uğurlu nəticələr əldə edilib. Bu baxımdan həmin təbliğat maşınının səyi ABŞ-ın keçmiş prezidenti Donald Trampın Almaniya ilə soyuq və olduqca laqeyd davranması ilə yekunlaşdı. Almaniyanın Rusiyaya göstərdiyi dəstəyin arxasında casus şəbəkəsinin əməyi danılmaz idi. Rusiyanın gizli müharibəsi isə davam edir.

Almaniya Naminə Alternativ Sağ Partiyasının gənclər qanadı Vahid Rusiyanın Gənc Qvardiyası ilə bu gün də sıx şəkildə əməkdaşlıq edir.

Elə buna görədir ki, Bundestaqın deputatı Markus Frohnmeyer Rusiyanın sevmədiyi və ciddi maraqları olan ölkələri haqqında başlanan kampaniyada “əl çubuğu”na dönür.

Calls for AfD lawmaker accused of Russia ties to resign | Germany| News and in-depth reporting from Berlin and beyond | DW | 08.04.2019

Markus Frohnmeyer

Alman millət vəkilinin 2016-cı ildə işğal altındakı Krımı ziyarət etməsi bunun bariz nümunəsidir. Almaniyanın partiya liderləri, media maqnatları rus oliqarxlarının xüsusi qayğısı ilə əhatə olunub. Ölkənin ZDF kanalının (qeyd edək ki, bu kanal Azərbaycana qarşı kampaniyada daha fəaldır – red.) rus oliqarx Konstantin Malofeyevin qurduğu fond tərəfindən maliyyələşir.

“Kremlin ideoloqu” Aleksandr Duqin (Konstantin Malofeyevin dostu – red.) gizli şəkildə alman jurnalistlərlə görüşür. Almanların “Duqini yaxşı tanıyırıq. O, rus “vodka”sını alman pivəsi ilə qarışdırıb içə bilir” ifadəsi əslində hansısa kodların açar sözləridir.

Alman siyasətçilərdən Frauke Petri, Aleksander Qauland arada Moskvada “boy verir”.

Александр Гауланд: «Рано или поздно Запад смирится с Крымом» | Статьи | Известия

Aleksander Qauland

Vyaçeslav Volodin, Vladimir Jirinovski və Pyotr Tolstoyun da “alman sevgisi” elə-belə qabarmır. Əlbəttə ki, casus şəbəkəsi yalnız anti-Rusiya sanksiyalarının aradan qaldırılmasını hədəf seçmir, Şimal ayısının maraq göstərdiyi regionlarda qızğın tərəfdarı kimi çıxış edir.

Yeri gəlmişkən, Frauke Petri Almaniyada islamafobiyanın qatı tərəfdarlarından biri sayılır. Onun bu sitatı isə alman gənclərinin qulağında sırğa kimi asılıb: “Çadranın qadağan edilməsini, minarələrin və müəzzinlərin səslərinin kəsilməsini tələb edirik. Çünki bütün bunlar İslamın əsas simvollarıdır”.

Frauke Petry: Warum die Ex-AfD-Chefin gegen das Falscheid-Urteil in Revision geht - DER SPIEGEL

Frauke Petri

Rusiyanın bu ölkədə belə möhkəmlənməsi yalnız oliqarxların pulları hesabına baş vermir. Bunu demək, əlbəttə, sadəlövhlük olar. Moskvanın alman iqtisadiyyatında təsiri kifayət qədər güclüdür.

Hələ 2018-ci ildə bəlli oldu ki, Almaniyanın İnqolstadt şəhərində ən böyük neft emalı zavodu olan Petroplus iflas olub. Əlbəttə ki, bu, iş yerlərinin itirilməsi ilə müşayiət ediləcəyi üçün yerli sakinlərə böyük zərbə ola bilərdi. Elə həmin ərəfədə “gözlənilmədən” Gunvor şirkətinin sahibi, rusəsilli  Gennadi Timçenko köməyə çatır və zavodu satın alır.

Daha bir qəribə təsadüf baş verir. Almaniyanın daxili işlər naziri işləmiş, Xristian Sosial Birliyinin Bavariya üzrə sədri Horst Zeehofer “Moskvanın dostu” kimi ortaya düşür və bu dost Almaniyanı bir neçə ay ərzində tam qaz müstəqilliyi ilə təmin edə biləcək böyük anbarlara nəzarət payı olan  “Qazprom”a isti münasibəti ilə seçilir.

Глава МВД ФРГ Зеехофер не будет подавать заявления на журналистку | Новости из Германии о Германии | DW | 25.06.2020

Horst Zeehofer

“Şimal axını-2” layihəsi də Rusiyanın Almaniyadakı iqtisadi fəaliyyətinin bariz nümunəsidir. Almaniyanın nüfuzlu qəzetlərində “Şimal axını”nın Almaniya üçün nə qədər əhəmiyyətli olduğu haqqında vaxtaşırı məqalələr yazılmaqdadır.

Çox maraqlıdır ki, bu məqalələrin müəlliflərinin və ya media rəhbərlərinin əksəriyyəti 1980-ci illərdə Almaniya Demokratik Respublikasının SSRİ ilə şanlı əməkdaşlığını təbliğ edirmiş. Almaniyada bu cür “qəribə təsadüflər” nadir deyil. Bundan əlavə, rus oliqarxları aktiv şəkildə Almaniyada əmlaklar alır, böyük investisiyalar yatırırlar. Bütün bunlar isə ona gətirib çıxarır ki, Rusiyanın təsir agentləri təkcə iqtisadiyyatda və siyasətdə deyil, Almaniyanın informasiya məkanında güclənməkdə davam edir.

Məsələn, 1987-1992-ci illərdə Moskvada işləyən alman jurnalist Qabriela Krone-Şmalz rusiyapərəst gündəmi fəal şəkildə təbliğ edir. Peterburq Dialoq Forumunun üzvü kimi o, Rusiyanın Krımı ilhaqına haqq qazandırır, Moldovada Dnestryanı bölgədə rusların həyat şəraitindən bəhs edir, Rusiyanın Türkiyə ilə dərin düşmənçilik münasibətlərini şərh edən politoloq sifətində “zühur edir”.

Casus şəbəkəsinin ən böyük uğurlarından biri də odur ki, Kremllə heç bir əlaqəsi olmayan alman jurnalistlər belə, Rusiya ilə münasibətdə mümkün qədər “siyasi cəhətdən doğru” olmağa çalışırlar.

Məsələn, belə jurnalistlər Rusiyanın vaxtilə Çexoslovakiyaya təcavüzünü “Çexoslovakiya böhranı” adlandırır və Brejnevin hərəkətlərini birmənalı şəkildə anlatmağa çalışırdılar.

Beləliklə, Kremlin təbliğatçıları ABŞ-da da xəyal qırıqlığı yaradıb. Almanların çoxdankı müttəfiqi olan ABŞ Donald Trampın timsalında gözlərini bərəldərək baxır, Böyük Britaniyaya səmt götürərək “rusçuluq” prosesinin qarşısını almaq yolları arayır. Nəticədə isə Tramp bu məsələni həll edə bilmədiyindən problemi yeni komandanın üzərinə qoyub gedir.

Trans-Atlantic ties: Angela Merkel needs a Donald Trump strategy | Germany| News and in-depth reporting from Berlin and beyond | DW | 19.01.2018

Co Baydenin də masasının üstündə “Krım tarixən Rusiyaya aiddir”, “Türkiyənin Cənubi Qafqaza daxil olmasından Almaniya bərk təşvişə düşüb”, “Danimarka sülhməramlılarının Gürcüstanda və ya Azərbaycanda yerləşdirilməsinin vacib əhəmiyyəti” barədə hesabat qovluqları qalaqlanıb.

Görünən isə odur ki, almanların tarixdən heç bir nəticə çıxarmaması Rusiya ilə yaxınlığın hansı nəticələrə səbəb olacağı barədə əlavə şərhlərə ehtiyac yaradır. Bu ölkə Rusiyanın yeni maraqlarına haqq qazandırır, Qərbin və ya Böyük Britaniyanın əl-qolunu bağlayan fəaliyyətə açıq-aşkar dəstək verir.

Başqa bir məqamı da unutmayaq. Almaniyada gedən proseslər fonunda Rusiyanın bu məsələdə də bəxti gətirir. Avropa İttifaqı daxilində olan narazılıq məsələləri gündəmdən düşmür ki, Rusiya üçün bu, göydəndüşmədir. Miqrasiya məsələsi hələ də ciddi narahatlıq doğurur. “Soros” fondunun miqrasiya hadisələrinə, eləcə də sağ partiyalara münasibətində ciddi dəyişiklik ortadadır. Bunun da səbəbi sağ görüşlü siyasi təşkilatların adıçəkilən məsələlərdə ideoloji olaraq “Soros”a əks-mövqedə dayanmalarıdır. Buraya Avropa Birliyi daxilində və xaricində mühafizəkarlıq məsələsini də aid etmək olar. Ona görə də “Soros” fondu sağ görüşlü qurumları öz hədəfinə götürüb. Belə olan halda antisorosçu Rusiyanın Almaniyada söz sahibi olmaq şansları daha da artır.

Bütün bu deyilənlərdən isə aydın olur ki, Rusiya əslində Azərbaycanla Almaniyanın əli ilə müharibə aparır. Bununla da ölkəmizin siyasi, iqtisadi, hərbi gücünü hiylə ilə zəiflətmək, dövlətimizin bütün məsələlərdə ondan asılılığını gücləndirmək üçün Rusiya dərin planlarını davam etdirir.

Növbəti araşdırmalarımızda sübut edəcəyik ki, Almaniya ikili standartın paytaxtına çevrilməklə dünyada 3-cü dünya müharibəsinin baş verməsinə zəmin yaratmaqla məşğuldur…

konkret.az