Almaniyanın “Compact” siyasi jurnalı Rusiya prezidenti Vladimir Putinin şərəfinə sikkə buraxıldığını elan edib.
NOCOMMENT.az bildirir ki, bu barədə nəşrin portalında məlumat verilib.
Suvenir gümüşdən hazırlanıb. Onun üzərində Rusiya liderinin portreti və “Patriot Vladimir Putin” imzası var. Məhsulun təsvirində deyilir ki, o, “müqavimət, cəsarət və Qərbin əsas axını üzərində qələbəni” simvollaşdırır.
Sikkənin sentyabrın sonunda satışa çıxarılacağı bildirilir.