Almaniyanın daxili işlər naziri suriyalı qaçqınların qorunan şəxs statusunu ləğv etməyi planlaşdırırbackend

Almaniyanın daxili işlər naziri suriyalı qaçqınların qorunan şəxs statusunu ləğv etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın daxili işlər naziri Nensi Fezer suriyalı qaçqınların qorunan statusunu ləğv etməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Funke media qrupuna bildirib.

“Bizim qanunvericilikdə nəzərdə tutulduğu kimi, Miqrasiya və Qaçqınlar üzrə Federal İdarə Suriyada vəziyyətin sabitləşməsi ilə əlaqədar Almaniyada insanların bu müdafiəyə daha ehtiyacı olmadığı təqdirdə müdafiənin təmin edilməsini yenidən nəzərdən keçirəcək və onu ləğv edəcək”, – TASS Feserdən sitat gətirir.

Eyni zamanda, onun fikrincə, cəmiyyətə yaxşı inteqrasiya olunmuş, işləyən, alman dilini öyrənmiş qaçqınların Almaniyada qalmaq hüququ olmalıdır.

Bundan əlavə, vətənə qayıtmaq istəyən suriyalılara da yardımların göstərilməsi nəzərdə tutulur.