Almaniyanın ən böyük bankında kütləvi ixtisarlarbackend

Almaniyanın ən böyük bankında kütləvi ixtisarlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın ən böyük bankı ixtisarlar planlaşdırır.

NOCOMMENT.az “Reuters”ə istinadən xəbər verir ki, “Deutsche Bank”ın mənfəəti ötən ilin 4-cü rübündə 30 % azalıb.

Ötən gün bank rəsmisi 3 500 iş yerinin ixtisar ediləcəyini açıqlayıb. Bu da bankın işçi qüvvəsinin təxminən 4 %-i ilə yollarını ayıracağı deməkdir.

Bank həmçinin ilin ilk rübündə dəyəri 1.6 milyard avro olan səhmləri geri almağı və dividentləri ödəməyi hədəfləyir.