Almaniyanın bir vaxtlar ən güclü atom elektrik stansiyası (AES) partladılıb.
NOCOMMENT.az bildirir ki, bu barədə yerli “NiUS” portalı özünün “Telegram” kanalında məlumat verib.
“Bavariyadakı Qundremminqen AES partladılıb”, – deyə məlumatda bildirilib.
Jurnalistlərin sözlərinə görə, stansiyanın 160 metrlik soyutma qüllələri minalanıb. Qeyd edilir ki, hadisə atom dövrünün sonunu və enerji sektorunda yeni dövrün başlanğıcını simvolizə edir.
Almaniya nüvə enerjisindən tamamilə imtina edib və bütün atom elektrik stansiyalarını bağlayıb.













