Almaniyanın xarici işlər naziri Kiyevdən ÇAĞIRIŞ EDİBbackend

Almaniyanın xarici işlər naziri Kiyevdən ÇAĞIRIŞ EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanın mərkəzində ciddi zədələnmiş istilik elektrik stansiyasını gəzib.

NOCOMMENT.az xəbər verir ki, bu səfərdə Ukraynanın energetika naziri Herman Haluşenko müşayiət edib. Berbok Ukraynanın daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı barədə danışıb:

“Rusiyanın hücumları birbaşa mülki infrastrukturlara yönəlib. Ukraynada, gündəlik həyat üçün lazım olan elektrik infrastrukturunun böyük bir qismi döyüş bölgəsində məhv edilib. Ona görə də Ukraynanın daha çox hava hücumundan müdafiəyə ehtiyacı var, çünki raketlərin bəziləri hava hücumundan müdafiə vasitəsi ilə məhv edilə bilər. Buna görə də mən bütün dünyanı Ukraynaya hava hücumundan müdafiəyə, həm də yenidənqurmaya dəstəyi artırmağa çağırıram”.

O, bu sistemlərlə gələcəkdə kritik enerji infrastrukturunu hədəf alan Rusiya raketlərinin məhv edilməsinin vacibliyini vurğulayıb.