Almaniyanın xarici işlər naziri Rusiyanın G7-yə qayıtmasına qarşı çıxıbbackend

Almaniyanın xarici işlər naziri Rusiyanın G7-yə qayıtmasına qarşı çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın xarici işlər naziri Maas, Rusiyanın G7 qrupuna qayıtmasının əleyhinə olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Almaniyanın Xarici İşlər Naziri Heiko Maas, “Rheinische Post” və “General Anzeiger” qəzetlərinə verdiyi açıqlamada, Rusiyanı yenidən G7-yə daxil etməklə bu qrupun yenidən G8 olmaq istəyi ilə əlaqədar qiymətləndirmə edib.

Krımın və Ukraynanın şərqindəki problemin həlli yollarının tapılmadığına işarə edən Maas, “Rusiyanın (G8-dən) çıxmasının səbəbi, Krımı ilhaq etməsi və Ukraynanın şərqinə müdaxiləsidir. Bu məsələlərdə həll yolu tapılmasa, heç bir şans görmürəm (Rusiyanın geri dönməsi üçün) ” ifadələrini səsləndirib.

Donald Trampın bu il keçirləcək G7 zirvəsinə bəzi ölkələrin qatılmasına icazə verməyi və Rusiyanı da dəvət etməyi planlaşdırdığını xatırladan Maas “Rusiyanın özü bu qapıların açılmasına ən böyük töhfə verə bilər” fikirlərini bildirdi.

Maas, ancaq Suriya, Liviya və Ukraynadakı problemlərin həlli mövzusunda Rusiyaya ehtiyac duyulduğunu da qeyd edib.

ABŞ, Almaniya, İngiltərə, Yaponiya, Fransa, Kanada və İtaliyadan ibarət G7, eyni zamanda, dünyanın ən böyük iqtisadiyyatı olan 7 ölkənin qrupu olaraq da tanınır.

1998-ci ildən 2014-cü ilə qədər 8 ölkənin üzv olduğu və G8 olaraq bilinən qrup, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi ilə G7 adlanmağa başlandı.