Almanlar tibbi görüş belə təyin edə bilmirlər- Fridrix Merzbackend

Almanlar tibbi görüş belə təyin edə bilmirlər- Fridrix Merz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın əsas müxalifət partiyası olan Xristian Demokrat Partiyasının (CDU) lideri Fridrix Merz verdiyi açıqlama verməsi reaksiyalara səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, Merz dünənki “Welt-Talk” adlı proqramda qaçqınlarla bağlı “Qaçqınlar həkim və ya diş həkimində müalicə alarkən dişlərini düzəltdirərkən Almaniya vətəndaşları tibbi görüş belə təyin edə bilmir” ifadəsini işlədib.

300 min qaçqının müraciəti rədd edilsə də bu insanların ölkəni tərk etmədiyini, qaçqınlara maddi yardım və tam tibbi xidmət göstərildiyini bildirən Merz, “Xalq bunu görüb dəli olur” deyə qeyd edib.

Müxalifət dairəsindən bir çox siyasətçi Merz-i tənqid etsə də CDU-nun qardaş partiyası Xristian Sosial Birlik partiyası(CSU) Mersi dəstəkləyib.

CSU-nun vitse-prezidenti Manfred Weber Deutschlandfunk-a verdiyi açıqlamada ana müxalifət partiyasının liderini müdafiə edərək “Fridrix Merz insanların küçədə dediklərini əks etdirir” deyə qeyd edib.