Alp dağlarında beş turistin meyiti aşkar edilibbackend

Alp dağlarında beş turistin meyiti aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrədə Alp dağlarının Rimpfişhorn massivində beş turistin meyiti aşkar edilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Deutsche Welle” telekanalı məlumat yayıb.

“Zermatt dağ-xizək kurortu yaxınlığında beş xizəkçinin cansız bədəni tapılıb”, – məlumatda qeyd olunur.

Hazırda ölən şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.

Hadisənin dəqiq səbəblərinin araşdırılması üçün istintaq başlayıb.