ABŞ-da Alyaskanın hakimiyyət orqanları ABŞ-ın sahil zonasında məhdud neft qazma hüquqlarının verilməsinə görə hazırkı prezident Co Baydenin administrasiyasını məhkəməyə verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“ABŞ-ın Alyaska ştatı Bayden administrasiyasını federal Arktika Milli Vəhşi Təbiət Sığınacağının bir hissəsində neft və qazın işlənməsinə icazə vermək üçün Konqresin direktivini pozduğuna görə məhkəməyə verib”, – nəşr yazır.
İddiada deyilir ki, Bayden administrasiyasının məhdudiyyətləri ehtiyatda gələcək neft kəşfiyyatı və qazma işlərini ciddi şəkildə məhdudlaşdıracaq.