Alyaska sammiti Ukraynada atəşkəsi təmin edəcəkbackend

Alyaska sammiti Ukraynada atəşkəsi təmin edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyanın baş naziri Robert Fiko Rusiya və ABŞ prezidentlərinin Alyaskada keçiriləcək sammitinin Ukraynada atəşkəsi təmin edəcəyinə ümid edir.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, o, jurnalistlərə bildirib.

“Slovakiya hökuməti üçün Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında keçiriləcək sammitin atəşkəsi və Ukraynada slavyanların mənasız qarşılıqlı öldürülməsinə son qoymasını təmin etməsi çox vacibdir”, – deyə Fiko bildirib.

Baş nazir Slovakiyanın sülhsevər oriyentasiyasını vurğuladı. O, həmçinin qeyd edib ki, Alyaska sammitindən sonra əldə olunarsa, Ukraynadakı münaqişə tərəfləri atəşkəs rejiminə ardıcıl riayət etməli olacaqlar.