AMADA: Daha bir idmançımız dopinqə görə cəzalandırıldıbackend

AMADA: Daha bir idmançımız dopinqə görə cəzalandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan taekvondoçusu Ramin Əzizov 24 aylıq diskvalifikasiyaya məruz qalıb.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması səbəb olub.

İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 25-dən qüvvəyə minmiş cəza 25 fevral 2022-ci ildə başa çatacaq.

Qeyd edək ki, Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. AMADA daha öncə cüdoçu Könül Əliyevanı dopinqə görə birillik cəzalandırıb.