Amaşovdan təcavüzə uğrayan qızla bağlı AÇIQLAMA: Susmağımız cəmiyyətimizin mənafeyi naminədirbackend

Amaşovdan təcavüzə uğrayan qızla bağlı AÇIQLAMA: Susmağımız cəmiyyətimizin mənafeyi naminədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu günlərdə keçirdiyimiz tədbirdə həmkarlarımızdan biri nədən yazılmalı, nədən yazılmamalı mövzusundakı müzakirə gedişində vurğuladı ki, ciddi media hansısa məsələdən yazmasa, ondan digərləri yazır, reytinq toplayır. Həmin həmkarımın narahatlığını anlayıram. İlk növbədə ona görə ki, ümumən biz problemi nədən yazılmalı və nədən yazılmamalı kontekstində qoymamalıyıq. Prinsipcə bu yolverilməzdir. Çünki media dediyimiz hər şeydən yazmalıdır. Amma necə? Hər şey barədə yazmaq azadlığı nədir bəs?”

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün Facebook hesabında yazıb. O bildirib ki, məsələni müzakirəyə çıxarmaq məcburiyyətindəyik və onu da görürəm ki, bəzi həmkarlarımız bu tip diskussiyaları az qala kütləvi informasiya vasitələrinə təzyiq göstərmək niyyəti olaraq ictimailəşdirir. Nəticədə  həm də problemdən uzaq düşürük:

“Baxın, 11 yaşlı qıza təcavüz məsələsi medianın baş mövzusu oldu. Əlbəttə, hadisə son dərəcə dəhşətlidir, ağılagəlməz dərəcədə dəhşətli. Ancaq fikrimcə, ən böyük dəhşət bu xəbərə həddən artıq çox yer verilməsi, bəzən hiddətli təqdimatların nəzərə çarpmasıdır. Diqqət edək, bu təqdimatlar sosial şəbəkələrdə yayılır. Onlara verilən reaksiyalara da diqqətlə nəzər salaq. Hadisədə təqsirli bilinənin asılmalı, güllələnməli və yazmağa çətinlik çəkdiyim başqa cəzalara layiq görülməli olduğunu bildirənlər var. Əzizlərim, bunları ictimai qınaq sayırsınız? Düşünün, media olaraq XXI əsrin azərbaycanlısından orta əsr  cəza mexanizmlərini tətbiq etmək istəyən obraz formalaşdırırsınız”.

Əflatun Amaşovun sözlərinə görə, hadisə dəhşətlidir. Cəmiyyətimiz də yekcins deyil təbii:

“Hərənin bir reaksiya tərzi var. Sabah mövzu ilə bağlı mütəmadi xəbərlər, müxtəlif təqdimatlar oxuyan sıravi vətəndaş, zərərçəkənin qohumu, əzizi, doğması istəməzmi ki, gedib cinayət şübhəlisi ilə haqq-hesab çürütsün? Bəs hüquqi dövlət? Axı biz bu anlayışın dərinləşməsi üçün çalışırıq. Cəmiyyətdə xəstə, naqis, yaramaz, davranışları heç bir əndazəyə sığmayan insanlar hər zaman olub. Bəli, belələrinə qarşı ictimai qınaq da vacibdir. Amma hər məsələ spesifikdir. Eləsi var ki, üzərində çox dayanılmamalı, hətta ümumiyyətlə yazılmamalı və deyilməməlidir. Və əmin olun ki, bəzi məsələlərdəki həssaslığımız, o cümlədən susmağımız da elə cəmiyyətimizin mənafeyi naminədir. Haqqında söz açdığım hadisə ilə əlaqədar nəhayət susmağımız da”.

konkret.az