Amazon çayında yaranan adalar iki ölkə arasında gərginlik yaradıbbackend

Amazon çayında yaranan adalar iki ölkə arasında gərginlik yaradıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiya Prezidenti Peru hökumətini Kolumbiyaya məxsus əraziləri zəbt etməkdə günahlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro sosial şəbəkə X-də məlumat verib.

“Biz müstəqilliyimizi qeyd etdiyimiz Boyaka döyüşünün ildönümünü bu dəfə Letisiyada keçiririk. Çünki Peru hökuməti bir daha Kolumbiyaya məxsus ərazini işğal edib və Rio-de-Janeyro protokolunu pozub,” – deyə Petro bildirib.

Prezidentin sözlərinə görə, 1934-cü ildə Kolumbiya ilə Peru arasında imzalanmış sazişə əsasən, iki ölkə arasındakı sərhəd Amazon çayının ən dərin nöqtəsi üzrə müəyyən edilib. Lakin həmin ərazilərdə, dövlət sərhədinin şimalında yeni adalar yaranıb. Petro vurğulayıb ki, Peru bu adaların öz ərazisinə aid olduğunu təsdiqləyən qanun qəbul edib və bununla Kolumbiyanın suverenliyini pozub.