ABŞ-ın e-ticarət şirkəti Amazon yaxın həftələrdə daha 9 min işçisini ixtisar edəcəyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Amazon Baş İcraçı Direktoru (CEO) Endi Cessi şirkət işçiləri ilə paylaşdığı mesajda əməliyyat planı və işdən çıxarmalar haqqında məlumat verib.
Jassy, yaxın bir neçə həftə ərzində əsasən AWS, PXT, Twitch və reklamdan olan təxminən 9000 işçini işdən çıxarmağı planlaşdırdıqlarını bildirdi.
İqtisadiyyatda mövcud və gələcək qeyri-müəyyənliklərə diqqət çəkən Cessi, ”Bu, çətin bir qərar idi, lakin biz uzunmüddətli perspektivdə bunun şirkət üçün ən yaxşısı olduğunu düşünürük” deyə açıqlama verib.
NOCOMMENT.AZ