ABŞ-nin e-ticarət nəhəngi “Amazon” gələn ildən etibarən hibrid iş sistemini dayandırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Amazon”un baş icraçı direktor Endi Cessi bildirib.
Onun sözlərinə görə, “Amazon”, gələn ildən etibarən işçilərinin ofisə 5 gün gəlməsini tələb edəcək. Beləliklə, şirkət həftədə 3 gün ofisdən işləməyi ləğv edir və COVID-19 pandemiyasından əvvəl həyata keçirilən siyasətə geri qayıdır.
Cessi yeni iş sisteminin 2 yanvar 2025-ci il tarixindən qüvvəyə minəcəyini açıqlayıb.