“Amazon” maaşların artırılmasına 500 milyon dollar ayıracaqbackend

“Amazon” maaşların artırılmasına 500 milyon dollar ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” koronavirusun (COVID-19) təsiri ilə onlayn alış-verişə artan tələbatı qarşılamaq üçün əlavə 75 min insanı işə götürəcəyini açıqlayıb.

NOCOMMENT.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Tələb artır və bu misli görünməmiş müddətdə müştərilərimizə xidmət etmək üçün əlavə 75 min iş yeri açdıq, işçilərin sayının artırılmasına isə davam edəcəyik”, – şirkətin açıqlamasında bildirilib.

Bundan başqa, şirkət işçilərinin əmək haqqını artırmaq üçün 500 milyon ABŞ dollarından çox vəsait ayırmağı planlaşdırır.

Xatırladaq ki, ötən ay “Amazon” onlayn ticarətə artan tələbi qarşılamaq üçün 100 min nəfəri işə götürmüş, əmək haqqının artırılmasına isə 350 milyon ABŞ dolları vəsait ayırmışdı.

Report