Sahibkar Ceff Bezosa məxsus onlayn pərakəndə satış şirkəti Amazon ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə fonduna 1 milyon dollar ianə etməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşrin məlumatına görə, analoji məbləğ bundan əvvəl gələcək dövlət başçısının fonduna “Meta” korporasiyası tərəfindən göndərilib. Ona iş adamı Mark Zukerberq rəhbərlik edir.
Məqalədə vurğulanır ki, Bezos və digər texnologiya rəhbərləri ABŞ-ın yeni administrasiyası ilə əlaqələr qurmaq üçün ianələrdən istifadə edirlər. Eyni zamanda, Amazon bir neçə gün əvvəl vəsait ayırmaq barədə qərar qəbul edib və artıq bu barədə ABŞ-ın seçilmiş prezidentinin nümayəndələrini məlumatlandırıb.
Üstəlik, gələn həftə onlayn satıcının sahibi şəxsən Trampın Floridadakı iqamətgahını ziyarət etmək niyyətindədir. Jurnalistlər onu da öyrəniblər ki, gələn il yanvarın 20-də “Amazon Prime Video” axın platforması siyasətçinin andiçmə mərasiminin yayımına başlayacaq. Nəşrin müəlliflərinin qeyd etdiyi kimi, bu jest gələcək dövlət başçısının fonduna 1 milyon dollar məbləğində növbəti ianə kimi qəbul edilə bilər.
Dekabrın 12-də Meta Korporasiyası Trampın andiçmə fonduna 1 milyon dollar köçürüb. Media yazıb ki, bu, Zukerberqin seçilmiş Amerika lideri ilə vaxtilə gərgin olan münasibətlərini gücləndirmək üçün sonuncu addımıdır.