“Amazon”un gəliri 14% artdıbackend

“Amazon”un gəliri 14% artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin e-ticarət nəhəngi “Amazon” ötən ilin oktyabr-dekabr dövrü üçün balans hesabatını dərc edib.

NOCOMMENT.az xəbər verir ki, ötən ilin son rübündə “Amazon”un gəliri təxminən 14% artaraq 170 milyard dollara çatıb.

Hesabat dövründə şirkətin xalis satışları 149,2 milyard dollar olaraq qeydə alınıb.

“Amazon”un xalis mənfəəti keçən ilin dördüncü rübündə 10,6 milyard dollara yüksəlib. Şirkət 2022-ci ilin eyni dövründə 278 milyon dollar mənfəət əldə edib.

2023-cü ildə şirkətin ümumi gəliri 574,8 milyard dollar, xalis mənfəəti isə 30,4 milyard dollar təşkil edib.