Amazon-un sahibinin sərvəti 200 milyard dolları keçdibackend

Amazon-un sahibinin sərvəti 200 milyard dolları keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın “Amazon” şirkətinin rəhbəri, dünyanın ən zəngin insanı Ceff Bezosun sərvəti 200 milyard ABŞ dollarını keçib.

NOCOMMENT xəbər verir ki, bu barədə məlumatı “Forbes” nəşri yayıb.

Məlumata görə, koronavirus pandemiyası başlayandan bəri “Amazon”un səhmləri 55%-dən çox bahalaşıb. Bu isə şirkətdə 11% pay sahibi olan milyarderə son 1 ildə 86 milyard dollar qazandırıb.

Xatırladaq ki, Ceff Bezos 2018-ci ildən bəri “Forbes” jurnalının dünyanın ən varlı adamları siyahısında ilk sırada yer alıb.