“AtaSığorta” ASC kibertəhlükəsizlik tələblərini pozub.
NOCOMMENT.az xəbər verir ki, “APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat yayıb.
Məlumata görə, AMB tərəfindən “AtaSığorta”da monitorinq aparılıb.
Monitorinq zamanı sığorta şirkətinin kibertəhlükəsizlik tələblərinin pozduğu ortaya çıxıb.
AMB tərəfindən “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, “AtaSığorta”ya icrası məcburi göstəriş verilib.