Ambudsmen: Ot yığanda Azərbaycan əsgərlərindən icazə alırıqbackend

Ambudsmen: Ot yığanda Azərbaycan əsgərlərindən icazə alırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəngəzurun Teğ, Ərəvus və Xinzirək kəndlərinin əhalisi ot yığmağa getmək islədikdə Azərbaycan sillahlı qüvvələrinin əsgərlərindən icazə alır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni ambudsmen Arman Tatoyan məlumat yayıb. Onun sözlərinə əsasən, Teğ, Ərəvus və Xinzirək kəndlərinin əhalisi “Andrun Karer” adlanan ərazidə ot yığır.

“Amma son günlər bu əraziyə tam olaraq Azərbaycan silahlı qüvvələrinin əsgərləri nəzarən edir. Kənd sakinləri bu əraziyə keçmək üçün Azərbaycan əsgərindən icazə almalı olur”, – deyə Tatoyan qeyd edib.

Teğ kənd icmasının sədri Nerses Şadunsun sözlərinə əsasən, Azərbaycan əsgərləri tərəfindən kənd sakinlərinə qarşı heç bir təcavüz halı qeydə alınmayıb: “Bu ot yığımı ərazisi Azərbaycan əsgərlərinin dislokasiya nöqtəsindən 300 metr məsafədə yerləşir. Amma məhz onlar bütün bu ərazilərə nəzarət edirl’r”.