Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “ATR Qrup” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, müqavilədə 2025-ci ildə AMEA Rəyasət Heyəti Aparatı tərəfindən kargüzarlıq işlərində istifadə olunan blankların və digər malların, tədbirlərlə əlaqədar müxtəlif hədiyyələrin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 52 864 manatdır.\\Valyuta.az