Azərbaycan Milli Elmlər Akademiyası ümumi və texniki təyinatlı mebel və inventarların alınması üzrə tenderin qalibini açıqlayıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ümumi və texniki təyinatlı predmetlər, o cümlədən mebel dəstləri, masalar, kreslolar və digər təsərrüfat inventarlarının alınması və quraşdırılması üçün keçirilən tenderin qalibi “Qardaşlar Mebel” Qapalı Səhmdar Cəmiyyəti olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında dəyəri 109,964.20 AZN təşkil edən müqavilə bağlanacağı gözlənilir.
Satın alınacaq məhsullar arasında 3 çeşid masa, toplantı masası, market arabası, işçi və rəhbər kresloları, jalüz pərdələr və digər əşyalar yer alır.
Qeyd edək ki, AMEA-nın hazırkı rəhbəri akademik İsa Həbibbəylidir.