AMEA-da “RUSİYA TƏDBİRİ,” yaxud Ramiz Mehdiyevdə ruslara sevgi haradandır?! – ELDAR SABİROĞLU YAZIRbackend

AMEA-da “RUSİYA TƏDBİRİ,” yaxud Ramiz Mehdiyevdə ruslara sevgi haradandır?! – ELDAR SABİROĞLU YAZIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əslində aydın olmayan bir şey yoxdur. Azərbaycan Milli Elmlər Akademiyası nə işlə məşğuldur?! Bu sualı təkrar-təkrar verirəm. Əhəmiyyət verən varmı?! Yox.

Bir də deyirəm. Akademiyanı “5-ci kolon”un Azərbaycan uzrə baş mufəttişi Ramiz Mehdiyev Rusiyanın təsiri altına salmaq ucun butun imkan və səylərini səfərbər edib. Mən yalan danışmıram. Nə də hansısa uydurma bir plandan soz acıram. Hər şey aşkar şəkildə ortadır, Ramiz Mehdiyev qorxmadan, çəkinmədən AMEA-da dövlət içində dövlət qurur, lakin heç kəsdən səs-səmir cıxmır. Bəs alimlərimiz, akademik və professorlarımız nədən susurlar!? Bəlkə belə lazımdır, bəlkə doğrudan onun Rusiyaya sonsuz sevgi və məhəbbəti, nəhayət, qopması mumkun olmayan bağlılığı mustəqil Azərbaycanın beynəlxalq təhlukəsizliyinin təminatı üçün çox gərəklidir, xalqın bundan xəbəri yoxdur?!

Səhv etmirəmsə, neçə gun əvvəl AMEA-nın tarixində xoşagəlməyən cox pis bir hadisə baş verdi. Ozu iştirak etməsə də, lakin akademiyanın prezidenti Ramiz Mehdiyevin bilavasitə gostərişi və təşəbbusu ilə AMEAnın kitabxanasınada “RUSİYA TƏDBİRİ” adı altında boyuk bir tədbir kecirildi. Tədbir Azərbaycan-Rusiya yeni regional təhlukəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunmuşdu. Əvvəla o hansı yeni regional təhlukəsizlik sistemidir ki, Azərbaycanın Rusiya ilə maraq dairəsinə daxildir, amma bu haqda birinci dəfə eşidirik?! Əgər bu Suriyadırsa və belə bir bəyanat Azərbaycan diplomatı Pərvin Mirzəzadə tərəfindən səsləndirilirsə və bunu təkzib edəcək, yaxud əsaslandıracaq bir acıqlama indiyəcən XİN-I tərəfindən verilmirsə, demək burada nələrsə var və o zaman çox yəqin ki, bizim dərk edə və gorə bilmədiyimiz siyasi oyunların çevrəsi elə möhkəm daş ortuklərlə hörülüb ki, bu oyunları butun təfərruatları ilə seyr etməkdən sadəcə imkansızıq.

Rusiya ilə yeni regional əməkdaşlıq xəttinin bu şəkildə mudafiə olunması və Suriya probleminin həllində yalnız Rusiyanın movqe və maraqlarının üst qata çıxarılması məhz regional munasibətlərin gərginləşməsinə, qardaş Turkiyənin bolgədə yerini və əhəmiyyətini azaltmağa xidmət edir. Bu bir faktdır ki, “5-ci kolon” ucun Rusiyanın çıxarları daha zəruri və vacibdir, nəinki qardaş Turkiyənin və Azərbaycana yaxın olan digər dost olkə və dovlətlərin maraqları. Bu mənada AMEA-da keçirilən “RUSİYA TƏDBİRI”nə o dərəcədə acıqlı yanaşmıram…

Eldar SABİROĞLU

NOCOMMENT.az