AMEA-da yeni təyinat olubbackend

AMEA-da yeni təyinat olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasında yeni təyinat olub.

NOCOMMENT.az “report”a istinadən xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sərəncamı ilə filologiya elmləri doktoru, dosent Sərxan Xavəri AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Sərxan Abbas oğlu Xavəri 26 may 1973-cü ildə Goranboy rayonunda anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə “XIII-XVI əsrlər Azərbaycan təsəvvüf ədəbiyyatı: təşəkkülü, təkamülü və inkişaf istiqamətləri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2023-cü ildə “Azərbaycan milli mədəniyyət sistemində folklorun funksional strukturu və tipologiyası” mövzusunda filologiya elmləri doktoru dissertasiyaları müdafiə edib.

1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası sistemində çalışan Sərxan Xavəri 2006-cı ildən indiyədək AMEA-nın Rəyasət Heyətinin elmi katibi vəzifəsində fəaliyyətini davam etdirib.

Sərxan Xavəri yerli və xarici mətbuatda, o cümlədən indekslənmiş beynəlxalq nüfuza malik elmi jurnallarda 50-yə yaxın elmi məqalənin, 4 monoqrafiyanın müəllifidir.

Filologiya elmləri doktoru Sərxan Xavəri AMEA Rəyasət Heyətinin Fəxri fərmanı, Qarabağ mövzusunda apardığı tədqiqatlara və Uğurlu elmi məruzəyə görə Fəxri diplomlarla təltif edilib.

Ailəlidir, iki övladı var.