AMEA-dan 13-cü imam xəbərlərinə reaksiyabackend

AMEA-dan 13-cü imam xəbərlərinə reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşı olan xanıma 13-cü imam olduğunu təsdiqləyən sertifikat verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, AMEA-dan qafqazinfo-ya bildirilib ki, bununla bağlı məlumatı sözügedən xanımın vəkili Aqil Layıc yayıb:

“Təəssüf ki, məsələ ilə bağlı bəzi saytlarda AMEA-nın adından həqiqəti əks etdirməyən açıqlama dərc olunub. Bir daha jurnalist həmkarlarımızın diqqətinə çatdırırıq ki, vəkil Aqil Layıc bu xanımın kimliyinə və onun AMEA-da hansı vəzifədə çalışdığına dair heç bir məlumat verməyib. Məlumat verildikdən sonra Milli Elmlər Akademiyasında bu məsələ araşdırılacaq.

İctimaiyyətin diqqətinə çatdırırıq ki, AMEA əməkdaşlarının işdən kənar fəaliyyətinə görə, qurum hər hansı bir məsuliyyət daşımır. İşdən kənar ictimai fəaliyyət hər kəsin şəxsi məsələsidir”.