AMEA-dan Ramiz Mehdiyevin səhhəti barədə AÇIQLAMAbackend

AMEA-dan Ramiz Mehdiyevin səhhəti barədə AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

19-20 mart tarixlərində bəzi ölkə saytlarında AMEA prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində guya ciddi problemlərin yarandığına, vəziyyətinin pisləşdiyinə dair həqiqətə uyğun olmayan xəbər yayılıb.

NOCOMMENT xəbər verir ki, bu açıqlama ilə AMEA-nın mətbuat xidməti çıxış edib.

Açıqlamada deyilir: “İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu informasiyanın heç bir əsası yoxdur, akademik Ramiz Mehdiyev özünü kifayət qədər yaxşı hiss edir.

Mətbuat sahəsində çalışan həmkarlarımızı jurnalist etikasının qaydalarına riayət etməyə çağırır, cəmiyyəti yalan məlumatlarla çaşdırmamağı xahiş edirik.

Həmçinin, xatırlatmaq istəyirik ki, saxta məlumatları tirajlayanlar peşəkar olmadıqlarını nümayiş etdirir, insanlarda özləri haqqında qeyri-ciddi təəssürat yaradırlar”.