AMEA müavinət əldə etmək yerinə çevirilib – Fazil Mustafabackend

AMEA müavinət əldə etmək yerinə çevirilib – Fazil Mustafa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında qalmaqallı xəbərlər səngimir. AMEA-nın Tarix İnstitunun direktoru Kərim Şükürovun istefa ərizəsi yazmasından sonra bir çox alimlər mətbuat vasitəsilə etiraz səslərini ucaltmağa başlayıblar. Elm xadimləri AMEA-dakı qeyri-sağlam mühitdən narazılıq edərək, Akademiya rəhbərliyinin fəaliyyətindən gileyləniblər.

Ölkənin ali elm ocağında yaşanan xoşagəlməz hadisələr Azərbaycan ictimaiyyətini ciddi narahat edir və məlum olaylar hazırda sosial şəbəkələrin əsas müzakirə predmeti olaraq qalır.

NOCOMMENT.az xəbər verir ki, deputat Fazil Mustafa mövzu ilə bağlı fikirlərini Modern.az-la bölüşərək, AMEA-nın sosial müavinət əldə etmək üçün yerə çevrildiyini deyib.

“Akademiyada daxili proseslərin hansı istiqamətdə cərəyan etdiyini bilmirəm. Problem varsa, müzakirə olunmalıdır. Ancaq bizim ümumiyyətlə, tarix, hüquq, fəlsəfə ilə bağlı nəzəri sistemimizin Akademiya tərkibində o qədər də keyfiyyətli olmadığını düşünürəm.

Bu istiqamətdə müzakirələr aparmalıyıq. Bu, fərdi fikirlərlə olmur, müzakirələrlə ortaya çıxır ki, çatışmayan məsələlər nədir. Yoxsa, biri burdan bir söz dedi, o biri də ona söz atdı, bununla məsələ düzəlmir. Geniş auditoriyalarda, elm sferalarında bu müzakirə olunandan sonra nəyin faydalı olduğu, hansı istiqamətin bizə lazım olduğunu daha tez üzə çıxaracağıq. Akademiya insanların işsiz qalmaması və sosial müavinət əldə etmək yerə çevirilib”, – deyə deputat qeyd edib.