AMEA-nın Geologiya və Geofizika İnstitutuna  mikroskop  alınır – 918 min manatlıqbackend

AMEA-nın Geologiya və Geofizika İnstitutuna mikroskop alınır – 918 min manatlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu tərəfindən avadanlıq – mikroskop satın alınması ilə bağlı tender elanı verilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ehtimal olunan qiymət 918.562,15 AZN təşkil edir.

Satın alınacaq mikroskopun elmi-tədqiqat işlərində istifadə olunacağı bildirilir.

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutunun direktoru geologiya-mineralogiya elmləri doktoru, professor Əlizadə Akif Ağa Mehdi oğludur.