Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu avadanlıq – mikroskop – satın alınması üzrə elan etdiyi müsabiqəni ləğv edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma komissiyasının açıqlamasına görə, təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilmiş minimum tələbdən – üç təchizatçıdan – az olduğundan müsabiqənin davam etdirilməsi mümkün olmayıb. Komissiya mövcud qanunvericiliyə əsasən 28 avqust 2025-ci il tarixli protokolu ilə müsabiqənin davamından imtina edib.
Müsabiqənin ilkin ehtimal olunan qiyməti 918.562,15 AZN təşkil edib.
Qeyd edək ki, Geologiya və Geofizika İnstitutunun direktoru geologiya-mineralogiya elmləri doktoru, professor Əlizadə Akif Ağa Mehdi oğludur.