AMEA-nın işçisinə 13-cü imam sertifikatı verildibackend

AMEA-nın işçisinə 13-cü imam sertifikatı verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının işçisi olan xanıma 13-cü imam olduğunu “təsdiqləyən sertifikat” verilib. Məlumata görə, öncə xanımı inandırıblar ki, səndə qeyri-adi səmavi istedad var, adi insan deyilsən. Xanım da doğru olduğunu düşünüb, buna inanıb. Rəsmiləşdirməni tələb edib, nəticədə sertifikasiya ediblər.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı qadın hüquq-mühafizə orqanlarına müraciət edib. AMEA işçisinin vəkili Aqil Layıc açıqlamasında bildirib ki, “sertifikat” verən şəxslərin kimliyi bəllidir.

“Hazırda iş üzrə istintaq aparılır. Qadına qarşı dələduzluq edən şəxslərin işi məhkəməyə göndəriləcək. “Sertifikat”ın verilməsi üçün AMEA işçisindən müəyyən miqdarda pul da alıblar”, – deyə vəkil qeyd edib./oxu.az