AMEA-nın sabiq prezidenti vəfat etdibackend

AMEA-nın sabiq prezidenti vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın tanınmış alimi, fizika-riyaziyyat elmləri doktoru, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş Eldar Salayev vəfat edib.

NOCOMMENT xəbər verir ki, akademik 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Eldar Salayev 1933-cü il dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib.

1970-1973-cü illərdə Azərbaycan Elmlər Akadmeiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professor olub. 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983-1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti kimi çalışıb.

Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatlara layiq görülüb. İslam Akademiyasının üzvü olub.