AMEA-nın Tarix İnstitutuna yeni direktor seçildibackend

AMEA-nın Tarix İnstitutuna yeni direktor seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin Elmi Şurasının iclası keçirilib.

NOCOMMENT.az xəbər verir ki, iclasda tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov səsvermə yolu ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru seçilib.

İclasda seçkinin nəticələrinin təsdiqlənməsi üçün AMEA Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılması barədə də qərar qəbul olunub.

Qeyd edək ki, bir müddət əvvəl Yaqub Mahmudov Tarix İnstitutunun baş direktoru vəzifəsindən azad edilib. APA