AMEA-ya 25 min manatlıq alış-veriş ləğv edildi – su və dəm çayniki, telefon aparatı, flash kart və.sbackend

AMEA-ya 25 min manatlıq alış-veriş ləğv edildi – su və dəm çayniki, telefon aparatı, flash kart və.s

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA-ya İT avadanlığı ilə bağlı tenderi təchizatçı çatışmazlığı səbəbindən ləğv edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən elan edilən İT avadanlıqların satınalınması üzrə tender proseduru baş tutmayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ləğv edilməyə səbəb, satınalmalar haqqında qanunun 36.1.1-ci bəndinə əsasən, təklif və təminat sənədlərini təqdim etmiş, zəruri lisenziya və icazəyə malik təchizatçıların sayının üçdən az olmasıdır.

Ehtimal olunan satınalma dəyəri 24.999,48 AZN idi. Alınması planlaşdırılan mallar arasında su və dəm çayniki, telefon aparatı, flash kart, lazer printer, personal kompüter, noutbuklar və digər avadanlıqlar yer alır.