Amerika Ukraynaya tankların daşınmasını əngəlləyibbackend

Amerika Ukraynaya tankların daşınmasını əngəlləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Tramp administrasiyası 49 Amerika M1A1 Abrams tankının Avstraliyadan Ukraynaya göndərilməsinə mane olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bild” hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb.

2024-cü ilin oktyabrında Avstraliya Abrams tankları da daxil olmaqla Kiyevə 138 milyon avro hərbi yardım elan etdi. Bununla belə, Vaşinqton son istifadə qaydasına istinad edərək, avadanlıqların çatdırılmasından otuz il sonra belə, təkrar ixraca icazə verməkdən imtina etdi.

“Üfüqdə sülh sazişi olarsa, okeanın ortasında gəmilərdə tankların olması yöndəmsiz olacağı ilə bağlı narahatlıqlar var”, – deyə Avstraliya rəsmisi izah edib.