Amerikalı admiral Çinin Tayvanı işğal edəcəyi tarixi açıqlayıbbackend

Amerikalı admiral Çinin Tayvanı işğal edəcəyi tarixi açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Con Aquilino deyib ki, “bütün əlamətlər Çinin 2027-ci ilə qədər Tayvanı potensial işğala hazır olduğuna işarə edir”.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Senatın Silahlı Qüvvələr Komitəsində danışıb.

Admiral vurğulayıb ki, Çin Xalq Azadlıq Ordusu “aqressiv hərbi güclənmə” və modernləşdirmə səyləri ilə məşğuldur.

“Bütün əlamətlər ondan ibarətdir ki, Çin ordusu iclasında sədr Si Cinpin 2027-ci ilə qədər Tayvanı işğal etməyə hazır olmağı tapşırıb. Üstəlik, ordunun hərəkətləri onların Si Cinpinin Tayvanı materik Çinə güc yolu ilə birləşdirmək üçün seçdiyi vaxt qrafikinə uyğun hərəkət etdiyini göstərir”, – deyə Aquilino bildirib.

O, həmçinin Çinin ordusuna iddia etdiyindən daha çox xərclədiyini bildirib.

“Biz II Dünya müharibəsindən bəri belə bir təhlükə ilə üzləşməmişik”, – deyə admiral bildirib.