Amerikalı aktyor evində ölü tapıldıbackend

Amerikalı aktyor evində ölü tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı aktyor Bill Kobbs 90 yaşında Kaliforniyadakı evində dünyasını dəyişib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə onun qardaşı öz Facebook səhifəsində məlumat verib.

“Biz Bill Kobbsun 25 İyun çərşənbə axşamı günü vəfat etdiyini elan etməkdən kədərlənirik”, – məlumatda deyilir.

Qeyd edək ki, Kobbs 120-yə yaxın ekran işində çəkilib. O, karyerasına 1970-ci ildə başlayıb.