Amerikalı aparıcı prezidentliyə namizəd oldubackend

Amerikalı aparıcı prezidentliyə namizəd oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mühafizəkar qaradərili radio aparıcısı Larri Elder 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürəcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, 70 yaşlı şərhçi və radio aparıcısı Elder bu barədə “Fox News” kanalında iştirak etdiyi proqramda açıqlama verib.

“Amerikanın tənəzzüldə olduğunu” deyən Elder bunun qaçınılmaz olmadığını, yaxşı liderlə ABŞ-ın yeni “qızıl dövrə” qədəm qoyacağını və buna görə də namizəd olduğunu bildirib.

NOCOMMENT.AZ