NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Amerikalı boksçu Kevin Consonun nümayəndəsi bildirib ki, müştərisi 2023-cü ilin sonuna qədər Rusiya pasportu ala bilər.
“Kevin pasportu ilin sonuna qədər, yaxın gələcəkdə ala bilər”, deyə idmançının nümayəndəsi bildirib.
2023-cü ilin martında Kevin Conson Rusiya vətəndaşlığını almaq xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Avqustun 15-də amerikalı Rusiya Boks Federasiyasından lisenziya alıb. Conson Vladimiroviçin atasının adını alaraq, Putinin şərəfinə adını dəyişib.
43 yaşlı boksçu karyerası ərzində peşəkar rinqdə 59 döyüş keçirib, bunun 35-də qalib gəlib.