Amerikalı ekspert əsgərimizin doğum günü görüntüsünü paylaşdı: “Bunu sevdim” – VİDEObackend

Amerikalı ekspert əsgərimizin doğum günü görüntüsünü paylaşdı: “Bunu sevdim” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heritage Foundation” Beynəlxalq Siyasət Mərkəzinin (ABŞ) rəhbəri, siyasi məsləhətçi Lyük Koffi Qarabağın azad edilməsi uğrunda döyüşən əsgərlərimizdən birinin doğum gününün qeyd olunması ilə bağlı videonu paylaşıb.

NOCOMMENT.az xəbər verir ki, Lyük Koffi “Twitter” hesabında videonu bəyəndiyini qeyd edib.

“Deyilən heç bir şeyi başa düşmədim (ingiliscə “Happy Birthday”dən başqa), ancaq bu videonu sevdim. Orduda xidmət edən hər kəs buradakı yoldaşlıq ruhunu qiymətləndirir. Sizin xidmət yoldaşlarınız ailənizə çevrilir”, – deyə L.Koffi bildirib.

Oxu.az