Amerikalı hərbi analitik NATO-nun dağılmasını istisna etməyibbackend

Amerikalı hərbi analitik NATO-nun dağılmasını istisna etməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı hərbi analitik Con Denis NATO-nun 75 illik mövcudluğundan sonra yox ola biləcəyini istisna etməyib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, o, bu fikri “Pravda”ya müsahibəsində bildirib.

Ekspert ABŞ-ın Şimali Atlantika Alyansı və Avropa ilə bağlı siyasətinin dəyişməsindən narahatlığını ifadə edərək, prezident seçkilərindən sonra NATO ilə bağlı “fundamental dəyişikliklərin” ola biləcəyini etiraf edib.

“Bu, alyans və Avropanın təhlükəsizliyi ilə bağlı çox pisdir. Mən hətta NATO-nun dağılmasını da istisna etmirəm, bu, Amerika Birləşmiş Ştatları üçün son dərəcə mənfi ssenari olacaq”, – Denis bildirib.