Amerikalı investor ABŞ və Çini bir-biri ilə mübahisə etməməyə çağırıbbackend

Amerikalı investor ABŞ və Çini bir-biri ilə mübahisə etməməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton və Pekin düşmənçilikdən qarşılıqlı faydalı ticarətə keçməlidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məşhur amerikalı investor Cim Rocers “RİA Novosti”yə müsahibəsində bildirib.

O qeyd edib ki, problemlərlə üzləşən və səs qazanmağa çalışan siyasətçilər xarici dövlətlərə qarşı ittihamlar səsləndirməyi xoşlayırlar. Və bu, təkcə ABŞ-da deyil, bütün dünyada baş verir.

Rocers hər kəsin “dost, ticarət və səyahət etməli” olduğuna inandığını ifadə edib. Xüsusilə, investor vurğulayıb ki, ABŞ və Çin dünyanın iki ən böyük iqtisadiyyatıdır və bir-biri ilə ticarət etsəydilər, hamı daha yaxşı olardı.

Bundan əvvəl ABŞ may ayında Çindən rekord məbləğdə 274,4 milyon dollarlıq tütün və siqaret alıb.