Amerikalı kəşfiyyatçı: “NATO 10 ildən sonra dağılacaq”backend

Amerikalı kəşfiyyatçı: “NATO 10 ildən sonra dağılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO və Avropa İttifaqı (Aİ) 10 il ərzində yox ola bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sentyabrın 12-də keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter məlumat verib.

Onun müsahibəsi “Through the eyes of” YouTube kanalında dərc olunub.

Ritterin fikrincə, Türkiyə ilə Avrasiya arasında yaxınlaşma Şimali Atlantika Alyansının dağılmasına gətirib çıxaracaq. Türkiyə hakimiyyəti NATO və AB şəklində “batan gəmilərin bir hissəsi olmaq niyyətində olmadığını” söyləyib.

“Biz batan Titanikdən ayrılırıq və yeni böyük bir kruiz gəmisinə minəcəyik, çünki bu, böyük bir şənlik olacaq”, – deyə o vurğulayıb.

“Bu, NATO-nun sonu oldu. İnanıram ki, NATO 10 ildən az müddətdə mövcudluğunu dayandıracaq və Aİ bu müddət ərzində hətta sağ qala da bilməz”, – deyə Ritter vurğulayıb.