ABŞ-nin Havay ştatında yaşayan 106 yaşlı Ceyms Çou doğum gününü idman zalında məşq edərək keçirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Hawaii News Now” nəşri məlumat yayıb.
Ceyms Çou 1920-ci ildə Çində anadan olub. Müharibədən sonra Maui adasında şəkər plantasiyasında çalışıb, 1950-ci illərdə isə Oahu adasına köçüb. Daha sonra Havay Universitetinin Manoa kampusunda mühəndislik üzrə professor kimi fəaliyyət göstərib.
68 yaşında təqaüdə çıxan Çouya bir müddət sonra şəkərli diabet diaqnozu qoyulub. Bundan sonra o, mütəmadi olaraq idman zalına getməyə başlayıb və bu vərdişini bu günədək davam etdirir. Yaşlı kişi fiziki aktivliyi uzunömürlülüyünün əsas sirri hesab edir.
Ceyms Çou həmçinin sadə qidalanmaya üstünlük verir. O, əsasən tofu, düyü və oxşar yeməklər yeyir və bunun da sağlamlığını qorumağa kömək etdiyini bildirir.
Aliyə













