Amerikalı politoloq: “Donald Tramp üçün Ukraynanı dəstəkləmək prioritet deyil”backend

Amerikalı politoloq: “Donald Tramp üçün Ukraynanı dəstəkləmək prioritet deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti və qarşıdan gələn seçkilərdə namizəd Donald Tramp üçün Ukraynanı dəstəkləmək prioritet deyil.

NOCOMMENT.az xəbər verir ki, bu barədə amerikalı politoloq Radjan Menon “The Guardian”da dərc olunan məqaləsində yazıb.

“Trampın fikrincə, Ukraynanın qalib gələ bilməyəcəyi müharibədə silahlanması üçün büdcədən pul süzmək ABŞ-ın milli maraqlarına cavab vermir, halbuki bu vəsaitlər ölkə daxilində təcili ehtiyaclara və real xarici siyasət təhlükələrinin qarşısının alınmasına xərclənməlidir”, – deyə o vurğulayıb.

İddia olunur ki, Trampa görə Rusiya bu təhlükələrdən biri deyil, Çin də “əsas düşmən”dir. Eyni zamanda, Menon hesab edir ki, Trampın dövründə Ukraynaya dəstək müəyyən dərəcədə davam etdirilə bilər, çünki Ukraynanın münaqişədə məğlubiyyəti Amerika liderinin şəxsi məğlubiyyəti kimi qəbul edilə bilər.