Amerikalı reper canlı yayımda güllələndi – VİDEObackend

Amerikalı reper canlı yayımda güllələndi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı reper Zeraila Con Rivyera “Instagram”da canlı yayımda olarkən güllələnib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Atlanta Journal Constitution” məlumat yayıb.

Məlumata əsasən, ifaçı öz avtomobilində əyləşərək dostu ilə onlayn söhbət edib. Bu zaman yaxınlıqdan atəş səsləri eşidilib və repçinin güllələndiyi məlum olub.

Polisin ehtimalına görə, 21 yaşlı gənc ərazidə baş verən atışmanın təsadüfi qurbanı olub. Lakin onun hansısa cinayətkar dəstənin üzvü olması və qəsdən qətlə yetirilməsi də mümkündür.

Modern.az