Amerikalılar silahlanaraq küçələrə çıxdılar – Əslində nə baş verir? – FOTO/VİDEObackend

Amerikalılar silahlanaraq küçələrə çıxdılar – Əslində nə baş verir? – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da afroamerikalı Corc Floydun ölümünündən sonra baş qaldırmış üsyanlar bütün ölkəni bürüməkdədir. Artıq insanlar kütləvi şəkildə silahlanaraq küçələrə çıxıb. Onlar özlərini və təmsil etdikləri obyektləri iğtişaşçılardan və soyğunçulardan mühafizə etmək məqsədilə küçələrdə silahlı mühafizə keşiyi çəkirlər.

NOCOMMENT.az-ın dünya mətbuatına istinadən məlumatına görə, etirazların gedişatında Çikaqo (İllinoys ştatı), Detroyt (Miçiqan ştatı), Omaha (Nebrask), Devenport (Ayova), Oklend (Kaliforniya) və Luisvill (Kentukki) sakinləri həlak olub. Həlak olanların əksəriyyəti afroamerikalılardır.

Qeyd edək ki, Oklenddə federal mühafizə xidmətinin 53 yaşlı qaradərili əməkdaşı Deyv Patrik Andervud güllələnib, onun iş yoldaşı isə ağır xəsarətlər alıb. Omahada 22 yaşlı qaradərili Ceyms Skarlok əlbir olduğu bir qrup şəxslə ağdərili kişini döyərkən öldürülüb. Döyülmə zamanı sonuncu tapançanı çıxarmağa və onu vurmağa nail olub.

Etirazçılar isə polisə kərpiclərlə cavab verməyə başlayıb. Olaylarda diqqətçəkən daha bir məqam isə etirazçıların istifadə etdiyi kərpiclər olub.

İddiaya görə, kərpiclər “Microsoft”un qurucusu Bill Qeytsin ortağı olduğu “Acme Brick Company”nin məhsullarıdır. Məhsulların üzərində şirkətin markasının olması etirazlar zamanı təsadüfən çəkilmiş fotolara düşüb.

Məlumat üçün bildirək ki, Bill Qeyts koronavirusa qarşı peyvəndləmənin məcburi olmasını tələb edirdi. Buna görə də Qeytslə Ağ Ev arasında fikir ayrılıqları yaranmışdı. Qeyts Prezident Donald Trampı koronavirusa qarşı kifayət qədər tədbir görməməkdə ittiham edir. Başqa bir iddiaya görə, COVID-19-un yayılmasında Bill Qeytsin böyük rolu var.

Belə ki, milyarder bütün dünyada insanların daha asan idarə edilə bilməsi üçün onların orqanizminə çip yerləşdirmək niyyətindədir. Bunu koronavirus yolu ilə həyata keçirmək istəyir. Buna görə də yeni tip virusa qarşı peyvəndin hər kəs üçün məcburi olmasını istəyir.

ABŞ prezidenti Donald Tramp isə öz növbəsində ştatlara qoşun yeridilə biləcəyini və mümkün vasitələrdən istifadə ediləcəyini bildirib: “Onlar (yerli hakimiyyət-red) sərt olmalıdır, onlar ağıllı olmalıdır. Bizim hərbçilərimiz hazırdır. Əgər onlar birdən hərbçilərimizi (hərbçilərin köməyini-red) istəsələr, hərbçilər çox tez həmin ərazidə ola bilərlər, “, – Vaşinqton administrasiyasının başçısı deyib.

Daha əvvəl mənbələrə istinadən “Associated Press” agentliyi bildirib ki, Pentaqon afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar etirazların başladığı Minneapolisə göndərilmə üçün hərbi polis bölməsinin hazırlığına göstəriş verib.

Qeyd edək ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb. Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.

Bütün bunlara baxmayaraq, artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir.

Xatırladaq ki, ABŞ-da etirazlar və qarışıqlıqların gedişatında son bir neçə gündə təxminən 10 minə yaxın insan saxlanılıb. Onlara qarşı xüsusi halda soyğunçuluq, komendant saatı qaydalarının pozulması, yolların bağlanması ittihamları irəli sürülüb.