Qeydiyyatdan keçmiş amerikalı seçicilərin əksəriyyəti hesab edir ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp qarşıdan gələn prezident seçkilərində mümkün məğlubiyyətini qəbul etməyəcək.
NOCOMMENT.az xəbər verir ki, bu, CNN/SSRS sorğusunun nəticəsidir.
Araşdırmaya görə, sorğu iştirakçılarının 69%-i hesab edir ki, respublikaçı uduzsa, seçkinin nəticələrini qəbul etməyəcək. Digər 30% isə əks fikirdədir. Sorğuda iştirak edən amerikalıların 1%-i cavab verməkdə çətinlik çəkib.
Bundan əvvəl “Times” YouGov sorğusuna istinadən yazıb ki, ABŞ sakinlərinin 25%-dən çoxu prezident seçkilərindən sonra ölkədə vətəndaş müharibəsinin başlaya biləcəyinə əmindir.
“Amerikalıların dörddə birindən çoxu hesab edir ki, bu ilki prezident seçkilərindən sonra vətəndaş müharibəsi başlaya bilər”, – nəşr yazır.