Amerikanın tanınmış aktyoru həyat yoldaşı ilə evində ölü tapılıbbackend

Amerikanın tanınmış aktyoru həyat yoldaşı ilə evində ölü tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Oskar” mükafatı laureatı, 95 yaşlı amerikalı aktyor Cin Hekman və həyat yoldaşı Betsi Arakava evində ölü tapılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Sky News“ məlumat yayıb.

Onların meyiti ABŞ-nin Nyu-Meksiko ştatının Santa Fe şəhərindəki evlərində aşkarlanıb.

Qeyd edilib ki, aktyorun və həyat yoldaşının ölüm səbəbi hələlik dəqiq müəyyən edilməyib.

Hekman Uilyam Fridkinin 1971-ci ildə çəkdiyi “The French Connection” adlı filmindəki roluna görə “Ən yaxşı baş rol”, Klint İsvudun 1992-ci ildə çəkdiyi “Western Unforgiven” filmindəki roluna görə isə “Ən yaxşı köməkçi aktyor” nominasiyalarında “Oskar” mükafatını qazanıb.